Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Yolu keçən 1969-cu il təvəllüdlü Hüseynov Sahib Səməd oğlunu avtomobil vurub. Nəticədə o, ağır bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı Sahib Hüseynova qapalı kəllə-beyin travması və sağ baldır sümüklərinin yerdəyişən sınıqları diaqnozları qoyulub. Yaralı reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man