Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb. Yolu keçən 1969-cu il təvəllüdlü Rzayev Şahiddin Səyədullah oğlunu minik avtomobili vurub.
Yaralı təcili yardımın köməkliyi ilə 3 Saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man