Aktyorun qızını maşın vurdu, sürücü hadisə yerindən qaçdı - FOTO

Yol qəzaları 28 Dekabr 2020 | 16:09
OXUNUB: 711

Gənc Tamaşaçılar Teatrın aktyoru Tahir İsmayılovun (Qəlbinur) qızını maşın vurub.
Avtosfer.az xəbər verir ki, bu haqda aktyor özü məlumat verib.
"Hadisə dekabr ayının 23-də saat 12:55-də baş verib. Qızım, 17 yaşlı Xumar İsmayılzadə Xırdalanda, Heydər Əliyev prospektində qırmızı işıqda yolu keçərkən yan yoldan gələn yük maşını onu vurub. Uşağımı 3-4 metr irəli sürüyüb. Sifəti yerə sürtünüb, qolundan, başından və bud nahiyəsindən xəsarət alıb. Huşsuz halda ayağa qalxıb və bir qadın onu evinə gətirib. Sürücü nəinki kömək edib, hətta hadisə yerini də tərk edib" - deyə aktyor bildirib.
Aktyor hüquq-mühafizə orqanlarına müraciət etdiyini bildirib: "Ərizə ilə 102 və Abşeron rayon polis idarəsinə müraciət edib, izahat yazmışıq. Kamera vasitəsilə qızımı vurub qaçan maşın aşkar olunub. Bizə bildiriblər ki, maşın şirkətin adınadır, şirkətə sorğu göndərmişik. Bu aqibət hamını gözləyir, heç kim başına gələcək olan hadisəsən sığortalanmayıb. Amma insanlıq göstərib, köməklik etmək lazımdır".
Aktyorun qızını maşın vurdu, sürücü hadisə yerindən qaçdı - FOTO

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man