Türkiyənin Düzcə bölgəsində dəhşətli qəza baş verib.
Avtosfer.az xəbər verir ki, sərnişin avtobusu idarəetməni itirərək yük maşınına çırpılıb. Avtobusda olan 25 sərnişindən 16-sı ağır yaralanıb. Hadisə yerinə çağırılan xilasedicilər və təcili tibbi yardımla sürücü və sərnişinlər sıxışmış avtobusdan çıxarılaraq xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Nərminə Əli
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man