Türkiyədə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası olub.
Bu barədə Avtosfer.az “Habertürk”ə istinadən xəbər verir.
Məlumata görə, hadisə Denizli əyalətinin Honaz rayonunda qeydə alınıb. Belə ki, təcili yardım maşını sərnişin daşıyan mikroavtobusla toqquşub. Hadisə nəticəsində aralarında təcili yardım maşınının sürücüsü, həkimlər, yeni doğulan körpə və anası da olmaqla, 14 nəfər xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdirilib.
Qeyd edilir ki, qəza zamanı yaralanan təcili yardım maşınının sürücüsü, 1 həkimin və körpənin vəziyyəti ağırdır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man