Sumqayıt şəhərin Koroğlu prospektində zəncirvari qəza qeydə alınıb.
APA-nın məlumatına görə, “Hyundai Elantra” markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini qarşıda hərəkətdə olan 9 nömrəli marşrut avtobusa çırpıb.
Avtobus zərbənin gücündən “Daewoo Espero” markalı avtomobilə dəyib.
Qəza nəticəsində “Hyundai Elantra” markalı avtomobilin sürücüsü xəsarət alıb.
Əraziyə yol polisi əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man