Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, dekabrın 9-u saat 6 radələrində rayonun Saray qəsəbəsi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən Bakı şəhər sakini Almaz Abbasova vurulub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man