Göyçay rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
"Report"un məlumatına görə, hadisə bu gün günorta saatlarında şəhərin Nizami küçəsində qeydə alınıb.
Belə ki, "VAZ-2107" markalı iki minik avtomobili toqquşub. Nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə zamanı avtomobillərə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man