Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsində bir neçə nəfər xəsarət alıb.
Hadisə Bakı-Qazax magistral yolunun rayonun Qarasu kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Hyundai” markalı 10-CR-711 dövlət qeydiyyat nişanlı avtomobil idarəetmədən çıxaraq beton dirəyə çırpılıb və aşıb. Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man