Cənubi Afrika Respublikasında ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az “Report”-a istinadən xəbər verir ki, bu barədə yerli “eNCA” televiziya kanalı məlumat yayıb.
Hadisə Kvazulu-Natal vilayətində qeydə alınıb. Belə ki, sərnişin daşıyan mikroavtobus idarəetməni itirərək aşıb və dərəyə yuvarlanıb.
Qəza nəticəsində 12 sərnişin ölüb, 6-sı isə xəsarət alıb. Qəzanın baş vermə səbəbləri araşdırılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man