Göyçay rayonunun Şəhadət kəndində yanğın baş verib. Avtosfer.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 55 kv/m olan köməkçi tikilinin içərisində iki ədəd “VAZ” minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.