Goranboyda iki minik avtomobili toqquşub, 11 nəfər xəsarət alıb - YENİLƏNİB
Yol qəzaları04 Oktyabr 2020 | 12:52
OXUNUB: 800
Goranboyda iki minik avtomobili toqquşub. APA-nın məlumatına görə, hadisə Zeyvə-Səfikürd avtomobil yolunda baş verib. Qəza nəticəsində aralarında yeniyetmələr və 2016-cı il təvəllüdlü azyaşlı olmaqla 11 nəfər Zeyvə kənd sakini xəsarət alıb. Onlardan 1984-cü il təvəllüdlü Rzayeva Təhminə Vəli qızı və 1960-cı il təvəllüdlü Aslanova Ramiyə Nəzir qızına rayon xəstəxanasında lazımi tibbi yardım göstərilib, 2 nəfər rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.