Gəncədə ölümlə nəticələnən ağır yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.
Hərəkətdə olan "Toyota Prado" markalı minik maşını ilə "Hyundai" markalı avtomobil toqquşub. Nəticədə 1954-cü il təvəllüdlü Mirzəyev Məqsəd Rüstəm oğlu hadisə yerində dünyasını dəyişib, 1988-ci il təvəllüdlü Köçəriyev İqbal Əli oğlu, 1976-cı il təvəllüdlü Cənnətov Mahmud Saleh oğlu, 1962-ci il təvəllüdlü İsmayılov Fəqani Abuzər oğlu və 1995-ci il təvvəllüdlü Məmmədov Vüsal Maksim oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man