Tərtərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, sentyabrın 27-də saat 8 radələrində Tərtər şəhəri ərazisində rayon sakinləri Vüsal Quliyevin və S.Etibaroğlunun idarə etdkləri “VAZ-21074” markalı 2 avtomobil toqquşub. Nəticədə V.Quliyevin sərnişini Mətanət Əhmədova aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man