İdarəetmədən çıxan "Reno" evin damından içəri girdi - FOTO

Yol qəzaları 26 Sentyabr 2020 | 11:25
OXUNUB: 2093

Türkiyənin Mersin vilayətində minik avtomobili bir evin damından içər girib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Erdemli rayonunda baş verib.
Məlumata görə, yağışlı havada enişli yolda hərəkətdə olan, 23 yaşlı Osman S.-nin idarə etdiyi 33 VDK 25 nömrə nişanlı "Renault" markalı minik avtomobili, idarəetmədən çıxaraq yol kənarında yerləşən bir boş evin damından içəri girib. Ətrafda yaşayan insanlar tərəfindən asılı qalan avtomobildən çıxarılan sürücü, hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkimlər, yaralının vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.
Faktla əlaqədar araşdırma aparılır. 

 

Namiq Musayev 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man