Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə Gəncə-Toğanalı avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "VAZ" markalı minik maşını digər minik maşını ilə toqquşub. Qəza zamanı 2 qadın xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man