Piyadanı öncə vurdu, sonra üstündən bir neçə dəfə keçib öldürdü- ŞOK VİDEO

Yol qəzaları 25 Sentyabr 2020 | 12:01
OXUNUB: 2153

Xarici ölkələrin birində baş verən dəhşətli qəza anı müşahidə kamerasına qeyd olunub. Avtosfer.az xəbər verir ki, yolun kənarında dayanmış avtomobilin sürücüsü arxaya verən zaman yolun hərəkət hissəsi ilə gedən piyadanı vuraraq yük maşınına çırpıb. Sürücü daha sonra yerə yıxılan piyadanın üzərindən bir neçə dəfə keçərək onu öldürüb. Dayanacağa nəzarət edən şəxs sürücünün hərəkətini görən zaman özünü qəfil kənara çəkərək ölümdən son anda xilas oldu.

Videodan aydın şəkildə görünür ki, bu qəza sürücü təcrübəsizliyinə görə baş verib. O, təhlükəsizliyə əməl edərək asta sürətlə geriyə hərəkət etməli idi. Qəfil hərəkət bir piyadanın həyatına son qoydu. Qəzadan sonra isə sürücü özünü itirərək nə etdiyini bilməyib.  Yaxınlıqda olan şəxslərdən biri gələrək  sürücüyə köməklik edib.

Qeyd edək ki, bu qəzanın ağırlıq dərəcəsinin artmasında piyadanın da payı var. Çünki, piyada səki ilə hərəkət etsəydi ölüm hadisəsi baş verməyəcəkdi.

 

 

Təbriz

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man