Qaradağ və Biləsuvar rayonlarında ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib

Yol qəzaları 24 Sentyabr 2020 | 20:12
OXUNUB: 638

Qaradağ və Biləsuvar rayonlarında ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a bildiriblər ki, Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Bakı şəhər sakinləri K.Seyfullayevin idarə etdiyi “Niva” və Mirövsət Səmədovun idarə etdiyi “VAZ-21041” markalı avtomobillər toqquşub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş M.Səmədovun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırmalar davam etdirilir.

Biləsuvar şəhəri ərazisində isə Bakı şəhər sakini Əfqan Dadaşovun idarə etdiyi “Mercedes” markalı avtomobillə Nərimankənd kənd sakini L.Vəliyevin idarə etdiyi “MTZ-80” markalı traktor toqquşub. Nəticədə Ə.Dadaşov hadisə yerində ölüb.

Yol-nəqliyyat hadisəsi ilə əlaqədar Biləsuvar Rayon Polis Şöbəsi tərəfindən təhqiqat aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man