Bakıda iki avtomobilin qəza anı kameraya qeyd olunub. Avtosfer.az xəbər verir ki, paytaxtın Hüseyn Seyidzadə küçəsi ilə hərəkət edən “BMW” markalı avtomobilin sürücüsü sola- Mir Cəlal küçəsinə dönərkən yolayrıcının keçmə qaydasını pozub. “Yol Hərəkəti Haqqında" Qanunda qeyd olunub ki, yolayrıcından sola dönən sürücü, düzünə və sola hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir.
Videodan göründüyü kimi, sola dönən “BMW” markalı avtomobilin sürücüsü qarşıdan gələn “Mercedes” markalı avtomobilə yol verməyərək qarşısına çıxdığı üçün qəza qaçılmaz olub.
Görüntüləri sizə təqdim edirik.
Ümid edirik ki, sürücülər bu görüntüdən nəticə çıxararaq yollarda qaydalara riayət edib həm öz həyatlarını, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükədən qoruyacaq.
Fərid
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man