Bakıda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, sentyabrın 19-da saat 20 radələrində paytaxtın Nizami rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini C.Abbasov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolun ortasında dayanan paytaxt sakini Əhməd Əhmədovu və ona məxsus nasaz vəziyyətdə dayanan “KİA” markalı avtomobili vurub. Nəticədə Ə.Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man