Dəhşətli yol qəzası; “VAZ” yük maşınının altında qaldı, 5 nəfər öldü - FOTOLAR

Yol qəzaları 19 Sentyabr 2020 | 19:25
OXUNUB: 1992

Rusiyanın Orenburq əyalətində iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az “TASS”a istinadən xəbər verir ki, hadisə “Orenburq – Akbulak” şosesinin 86-cı kilometrliyində qeydə alınıb.

Məlumata görə, 45 yaşlı sürücü idarə etdiyi “VAZ-21140” markalı minik avtomobillə, hərəkətdə olarkən sükan idarəetməsini itirərək yolun əks istiqamətinə çıxıb və qarşıdan gələn “Scania” markalı yük maşını ilə toqquşub. Zərbənin şiddətindən yerində fırlanan “VAZ” yük maşınının altında qalaraq deformasiyaya uğrayıb.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü və 4 sərnişini aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.

Faktla bağlı araşdırma aparılır.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man