Şəmkirdə yol qəzası: bir neçə nəfər yaralanıb

Yol qəzaları 19 Sentyabr 2020 | 18:45
OXUNUB: 769

Şəmkir rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Kür qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-2107" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində Şəmkir rayon sakini, 1975-ci il təvəllüdlü Vaqif Əliyev, Gədəbəy rayon sakini, 1989-cu il təvəllüdlü Elçin Əliyev və Sahil Əmiraslanov xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Qəzada xəsarət alan daha bir nəfərə isə ambulator yardım göstərilib.

Hadisənin təfərrüatı araşdırılır.

Hadisə yerinə təcili tibbi yardım maşınları və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man