Lənkəranda 90 yaşlı kişini avtomobil vuraraq öldürüb - FOTO

Yol qəzaları 19 Sentyabr 2020 | 20:12
OXUNUB: 913

Lənkəran rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Lənkəran-Boradigah yolunun Veravul kəndi ərazisində baş verib.

Belə ki, kənd sakini, 1930-cu il təvəllüdlü Fərman Feyzi oğlu Qurbanov yolu keçərkən  "VAZ-2104" markalı avtomobil tərəfindən vurulub.

Hadisəni törədən Separadi kənd sakini, 1987-ci il təvəllüdlü Hünər Ərəstun oğlu Rzayev yaralını idarə etdiyi 42-BR-872 dövlət qeydiyyat nişanlı avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

F.Qurbanov Reanimasiya şöbəsinə yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man