Reys avtobusu yol kənarına aşdı;2-si ağır, 32 yaralı - FOTO

Yol qəzaları 18 Sentyabr 2020 | 20:52
OXUNUB: 906

Türkiyənin Aksaray vilayətində reys avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 18-də səhər saatlarında Aksaray-Adana şosesinin Taşpınar istiqamətində qeydə alınıb.

Məlumata görə, Bursa-Adana reysi həyata keçirən, 38 yaşlı Mustafa Bakinin idarə etdiyi 02 BK 053 “AS” Adana şirkətinə məxsus sərnişin avtobusu, sürücünün idarəetməsindən çıxaraq yol kənarına aşıb.

Qəza nəticəsində 2-si sürücü, 1-i konduktor olmaqla ümumilikdə 32 nəfər xəsarət alıb.

Yaralılar, hadisə yerinə çağırılan ambulanslarla ərazidə yerləşən müxtəlif xəstəxanalara çatdırılıblar. Onlardan 2 nəfərin vəziyyətinin ağır olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man