Abşeronda yol qəzası olub. APA-nın məlumatına görə, qəza rayonun Saray qəsəbəsi, Heydər Əliyev küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik avtomobili “Ford” markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində hər iki avtomobilin sürücüsü xəsarət alıb. “Mercedes”in sürücüsu, 1980-ci il təvəllüdlü Paşayev Məhəmməd Namiq oğlunun vəziyyətinin ağır olduğu bildirilir.
Hər iki sürücüsü xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man