Sumqayıtda piyadaların vurulması ilə nəticələnən yol qəzaları olub.
APA-nın məlumatına görə, hər iki hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, 5-ci mikrorayon ərazisində avtomobil yolu keçmək istəyən şəhər sakini, 1991-ci il təvəllüdlü Səhhətli Aslan Sahib oğlunu vurub.
Digər hadisə şəhərin Nəriman Nərimanov küçəsində baş verib. Şəhər sakini, 1969-cu il təvəllüdlü Şıxəliyeva Səadət Ağababa qızını avtomobil vurub.
Xəsarət alan hər iki piyada xəstəxanaya yerləşdirilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man