Sürücü 9 piyadanı vurub xəstəxanalıq etdi; onlardan 2-si uşaqdır

Yol qəzaları 17 Sentyabr 2020 | 09:36
OXUNUB: 939

Kanada kişi avtomobillə 9 nəfəri vurub. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 16-da Monreal şəhərində baş verib. Bu barədə CTV telekanalı məlumat yayıb.

Polis nümayəndəsi Manuel Kutyurun verdiyi məlumata görə, 38 yaşlı sürücü idarə etdiyi avtomobillə əvvəlcə 3 nəfəri, daha sonra isə əvvəlki törətdiyi qəzanın yaxınlığında daha 6 nəfəri vurub, onlardan 2-si uşaq olub. Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb, yaralıların həyatı təhlükəsi yoxdur.

Kutyurun sözlərinə görə, sürücü asayiş keşikçiləri tərəfindən saxlanılıb, o, saxlanılan zaman özünü narkotik maddənin təsiri altında və yaxud da sərxoş kimi aparıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

 

Namiq Musayev

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man