Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

Yol qəzaları 16 Sentyabr 2020 | 09:11
OXUNUB: 941

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

Bəxtiyar İsmayılov idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olan zaman qəfil 25 yaşlı İsmayılov Ənvər Eldar oğlunun idarə etdiyi "Lada Priora" markalı nəqliyyat vasitəsi onun qarşısına çıxıb. İki avtomobilin toqquşması zamanı sürücülər B.İsmayılov və Ə.İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdiriliblər. Yaralılardan B.İsmayılov evə buraxılıb, Ə.İsmayılovun vəziyyəti ağır qiymətləndirilir.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man