Rusiyanın Altay bölgəsində iki minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 15-də səhər saatlarında Pavlovsk rayonu ərazisində qeydə alınıb. Bu barədə “TASS” məlumat yayıb.
Məlumata görə, hərəkətdə olan “Toyota Vista” və “Chevrolet Lanos” markalı nəqliyyat vasitələri toqquşub. Qəza nəticəsində 3 nəfər (hər iki maşının sürücüsü və “Chevrolet”in sərnişini) hadisə yerində dünyasını dəyişib.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man