Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, sentyabrın 14-də saat 13 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bakı şəhər sakini R.Həmidli idarə etdiyi “QAZ-31” markalı avtomobillə yolu keçən paytaxt sakini Svetlana Paşayevanı vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man