Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın xəbərinə görə, hadisə rayonun Məlikkənd-Çaxırlı yolunda qeydə alınıb.
İki "VAZ 2106" markalı minik avtomobilinin toqquşması nəticəsində Çaxırlı kənd sakinləri, 1979-cu il təvəllüdlü Əliyev Rahim Sırac oğlu, 1994-cü il təvəllüdlü Sadıqov Tərlan Şahlar oğlu, Qədirov Nadir Azər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man