Sabirabadda avtomobil maneəyə çırpılıb, bir nəfər xəsarət alıb

Yol qəzaları 14 Sentyabr 2020 | 19:19
OXUNUB: 633

Sabirabadda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, hadisə rayonun Azadakənd kəndində qeydə alınıb.

İlkin məlumata görə, “Jiquli” markalı avtomobil hərəkətdə olarkən anidən idarəetməni itirərək yolun kənarındakı maneəyə çırpılıb. Nəticədə rayonun Azadakənd kənd sakini, 1996-cı il təvəllüdlü Fərzəliyev İbadət Saləddin oğlu müxtəlif xəsarətlər alıb.

Salyan Mərkəzi Rayon Xəstəxanasında ona ilk tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man