“Kalina” ilə toqquşan “Qazel” çevrildi; 13 nəfər xəsarət aldı - FOTOLAR

Yol qəzaları 14 Sentyabr 2020 | 14:00
OXUNUB: 837

Kabardin-Balkariya Respublikasında iki nəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az “TASS”a istinadən xəbər verir ki, qəza sentyabrın 14-də səhər saatlarında “P-217” federal trasının 457-ci kilometrliyində qeydə alınıb.

Agentliyin məlumatına görə, “Lada Kalina” markalı minik avtomobili ilə sərnişin daşıyan “Qazel” markalı mikroavtobus toqquşub. Zərbənin şiddətindən “Qazel” yol kənarına aşaraq çevrilib, “Lada” isə sürücünün idarəetməsindən çıxaraq dəmir baryerlərə çırpılıb.

Qəza nəticəsində 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan 8-i təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Polis hadisənin baş vermə səbəblərini araşdırır.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man