Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb. Yolu keçən 1945-ci il təvəllüdlü Şükürov Adıgözəl Salman oğlunu minik avtomobili vurub. Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sol körpücük sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.