Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. Hərəkətdə olan “NİVA” markalı maşın yolu keçmək istəyən 1998-ci il təvəllüdlü Babayev Ayşad Vaqif oğlunu vurub.
Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.