Reys avtobusu qəzaya uğradı; 3-ü ağır, 31 yaralı - FOTO

Yol qəzaları 12 Sentyabr 2020 | 19:06
OXUNUB: 1700

Almaniyada reys avtobusunun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 12-də səhər saatlarında ölkənin şimalında yerləşən Vöbbeln yaşayış məntəqəsi yaxınlığında qeyd alınıb. Bu barədə DPA agentliyi məlumata yayıb.

Agentliyin məlumatına görə, Hamburq istiqamətində hərəkətdə olan avtobus, sürücünün idarəetməsindən çıxaraq yol kənarına aşıb.

Qəza nəticəsində 31 nəfər xəsarət alıb. Yaralılar, hadisə yerinə çağırılan ambulanslarla yaxınlıqdakı xəstəxanaya çatdırılıblar. Onlardan 3-nün vəziyyəti ağır qiymətləndirilir.

Digər təfərrüatlar barədə məlumat verilmir.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man