Salyan rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası olub. “Report” xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Xalac kəndində qeydə alınıb.
Kənd sakini, 1971-ci il təvəllüdlü Məmmədov Mais Yediyar oğlu tanışı ilə söhbət edən zaman minik avtomobili onu vurub. Sürücü hadisə yerindən qaçıb. Müxtəlif xəsarətlər alan piyada Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man