Bakıda "protiv" çıxan "Niva" avtobusa çırpıldı - FOTO

Yol qəzaları 11 Sentyabr 2020 | 23:36
OXUNUB: 4108

Bu gün axşam Bakıda 7A marşrut xətti üzrə hərəkətdə olan 99 JH 268 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu metronun “Qara Qarayev” stansiyası yaxınlığında qəzaya uğrayıb. BNA-dan Avtosfer.az-a bildirilib ki, qəza əks yolda hərəkət edən "Niva" markalı minik avtomobilinin idarəetməni itirərək avtobusa çırpılması nəticəsində baş verib. 

İlkin məlumata görə, minik avtomobili yüksək sürətlə hərəkət etdiyindən idarəetmədən çıxıb.

Hazırda qəza ilə bağlı araşdırmalar aparılır, avtobusun müşahidə kameralarının görüntüləri təhlil ediləcək.

Avtobusdakı sərnişinlər arasında xəsarət alan yoxdur.

Qeyd edək ki, bu cür qəza halları avtobusların nasaz hala düşərək müəyyən müddətə xətdən kənarda qalmasına səbəb olur. Bu isə avtobuslara tələbatın yüksək olduğu indiki vaxtda heç də arzu olunan hal deyil. Bunu nəzərə alaraq BNA sürücülərdən daha ehtiyatlı olmalarını və yol hərəkəti qaydalarına düzgün riayət etmələrini xahiş edir.

 

Emin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man