Bakıda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - VİDEO

Yol qəzaları 11 Sentyabr 2020 | 11:07
OXUNUB: 1364

3 saylı Sabunçu Klinik Xəstəxanasına aparılan üç nəfərdən birinə ambulator yardım göstərilib və o, evə buraxılıb. Bununla bağlı oxu.az-a Sabunçu Klinik Xəstəxanasından məlumat verilib. Bildirilib ki, xəsarət alan digər iki nəfər xəstəxanaya qəbul edilib. Onlardan biri qadın, digəri kişidir. 

Müayinə zamanı onların hər ikisinə qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.

10:52

Bakıda baş verən ağır qəzada xəsarət alanların sayı beşə çatıb. 

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, onlardan biri Respublika Kliniki Xəstəxanasına, bir nəfər Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, üç nəfər isə 3 saylı Sabunçu Klinik Xəstəxanasına çatdırılıb.

10:43

Bu gün səhər saatlarında Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza zamanı 99-XF-890 dövlət nömrə nişanlı “Mercedes Vita” markalı avtomobil TIR-a çırpılıb. Hadisə Bakı-Salyan şosesinin Qobustan qəsəbəsindən keçən hissəsində baş verib.

Qəzanın görüntüləri sosial şəbəkədə yayılıb. 

Hüquq-mühafizə orqanlarından bildirilib ki, hadisə nəticəsində şəxsiyyəti məlum olmayan bir nəfər ölüb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Qaradağ rayonunda “Mercedes” markalı mikroavtobusun yol kənarında dayanan “DAF” markalı yük avtomobilinə çırpılması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri bir nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan üç nəfəri deformasiyaya uğrayan mikroavtobusdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Həmin görüntüləri təqdim edirik:

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man