Novxanıda iki avtomobil toqquşdu, xəsarət alan var
Yol qəzaları10 Sentyabr 2020 | 23:03
OXUNUB: 997
Bakıda xəsarətlə nəticələnən yol qəzası verib. "Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. Novxanı qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 1988-ci il təvəllüdlü İsmayılov Anar Ədalət oğlu müxtəlif bədən xəsarətləri alıb.
Yaralı təcili yardımın köməyi ilə 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.