Rusiyanın Xantı-Mansiysk muxtar dairəsində katerin və barjın iştirakı ilə qəza baş verib. Avtosfer.az xəbər verir ki, hadisə Surqut çayında qeydə alınıb. Bu barədə “TASS” agentliyi məlumat yayıb.
Məlumata görə, göyərtəsində 8 nəfərin olduğu qayıq, sahilə yan almış barja ilə toqquşub. Qəza nəticəsində 4 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.
Yaralılar ağır vəziyyətdə Surqut klinik xəstəxanasına yerləşdiriliblər. Onların arasında uşaqda var.
Bildirilir ki, qəza qayıq kapitanının gəmisürmə qaydalarını pozması üzündən baş verib.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man