Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun S.Vurğun qəsəbəsində qeydə alınıb.
Rayon sakini, 1993-cü il təvəllüdlü Əliyev Kənan Vüqar oğlu idarə etdiyi "VAZ 2106" markalı avtomobillə hərəkətdə olan zaman maşında həyat yoldaşı ilə mübahisə edib edib. Bu zaman həyat yoldaşı - 1996-cı il təvəllüdlü Mustafayeva Türkan Firudin qızı özünü avtomaşından atmaq istəyib. Nəticədə sürücü idarəetməni itirib və avtomobil aşıb.
Qəza zamanı hər iki şəxs xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man