Sərnişin qatarı texniki xidmət lokomotivi ilə toqquşdu; 4-ü ağır, 20 yaralı - FOTO

Yol qəzaları 09 Sentyabr 2020 | 13:32
OXUNUB: 775

Çexiyanın qərbində iki qatarın iştirakı ilə qəza baş verib. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 9-da Kdine şəhər dəmir yol vağzalında qeydə alınıb. Bu barədə "domazlicky.cz" portalı məlumat yayıb.

Məlumata görə, sərnişin qatarı, dəmir yol xətlərinin təmiri və vəziyyətinin diaqnostikası ilə məşğul olan texniki xidmət lokomotivi ilə toqquşub. Qəza nəticəsində 20 nəfər xəsarət alıb. Yaralılardan 4-ünün vəziyyəti ağır kimi qiymətləndirilir.

Hadisənin baş vermə səbəblərini araşdırmaq üçün xüsusi komissiya yaradılıb.

 

Namiq Musayev

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man