Bakının Xətai və Sabunçu rayonlarında piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.
Gəncə prospektində qeydə alınmış yol qəzalarının birində 1989-cu il təvəllüdlü Şükürov Rauf Ramiz oğlunu minik avtomobili vurub.
Digər bir hadisə isə Zabrat qəsəbəsində baş verib. 1977-ci il təvəllüdlü Əhmədov Aydın İslam oğlu yolu keçərkən onu naməlum avtomobil vurub. Hər iki yaralı 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib. (APA )
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man