İranın Kirman əyalətində minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az yeli KİV-ə istinadən xəbər verir ki, hadisə sentyabrın 7-də axşam saatlarında Abarqa rayonundan 3 kilometr aralıda “Bəm – Kirman” trasında qeydə alınıb.
Məlumata görə, Əfqanıstan vətəndaşlarının olduğu “Peugeot - 405” markalı minik avtomobili, hərəkətdə olarkən sürücünün idarəetməsindən çıxaraq hündürlükdən uçurma yuvarlanıb.
Qəza nəticəsində 8 nəfər ölüb, 9 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar, hadisə yerinə cəlb edilə 3 təcili tibbi yardım maşının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Bildirilir ki, ölənlər arasında bir qadın və 12 yaşlı oğlanda var.
Faktla bağlı araşdırma aparılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man