Zaqatalada yük maşını ilə minik avtomobili toqquşub. Hadisə Zaqatala-Muxax avtomobil yolunda baş verib.
“VAZ 2106” markalı minik avtomobili ilə benzin daşıyan yük maşınının toqquşması nəticəsində rayonun Muxax kənd sakini, 1986-cı il təvəllüdlü Yasəmən Qurban qızı Əliyeva müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.
Y.Əliyeva Zaqatala Rayon Mərkəzi Xəstəxanasında cərrahiyyə əməliyyatı olunub, müalicəsi reanimasiya şöbəsində aparılır. Vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır. (APA)
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man