Türkiyənin Şırnak vilayətində iki yük maşınının iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, qəza İdil-Cizre trasının “Sanayi Site” qovşağında qeydə alınıb.
Məlumata görə, Səlahəddin Tanrıkın idarə etdiyi un yüklü TIR, hərəkətdə olarkən əyləcində nasazlıq yaranıb və sürücünün idarəetməsindən çıxaraq qarşıda irəliləyən yük maşınına arxadan çırpılıb. Zərbənin təsirindən TIR-dakı un kisələri ətrafa səpələnib, yük yerində olan yanacaq çəni isə partlayıb. Qəza nəticəsində 3 nəfər ölüb, daha 5 nəfər isə xəsarət alıb.
Yaralılar, hadisə yerinə çağırılan ambulanslarla yaxınlıqdakı xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma başlanılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man