Xaçmazda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sentyabrın 5-də saat 22 radələrində Xaçmaz rayonunun Palçıqoba kəndi ərazisində Bakı şəhər sakini F.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən rayon sakini Səlim Alışovu vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man