Sumqayıtda iki minik avtomobili toqquşub, yeddi nəfər xəsarət alıb - FOTO

Yol qəzaları 06 Sentyabr 2020 | 18:00
OXUNUB: 1594

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza şəhərin Sahil küçəsində qeydə alınıb. APA-nın məlumatına görə, “Mercedes” və “Hyundai” markalı minik avtomobillərinin toqquşması nəticəsində yeddi nəfər - 1987-ci il təvəllüdlü Həsənov Şəhriyar Abdulhüseyn oğlu, həyat yoldaşı 1988-ci il təvəllüdlü Həsənova Ülkər İmran qızı və onların qızları 2013-cü il təvəüllüdlü Həsənova İnci Şəhriyar qızı və 2017-ci il təvəllüdlü Həsənova Ləman Şəhriyar qızı,  Əlizadə Rövşən Babək oğlu,  Sahilzadə Samir Baba oğlu və Quliyev Seymur Sadiq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım maşınları ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man