Ağstafa rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Vurğun qəsəbəsində olub.
Avtomobilin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində Tovuz rayon sakinləri - 31 yaşlı Novruz Tağı oğlu Hümbətov və 21 yaşlı Ramin Mehman oğlu Hüseynov xəsarət alıblar. Yaralılar xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man